Ankara Baş Prokurorluğundan verilən açıqlamaya görə, FETÖ və PDY-nin Ankarada fəaliyyət göstərən dövlət qurumlarına qəbul imtahanlarına hazırlıq mərkəzlərində axtarış aparılan zaman 11 nəfər şübhəli nəzarətə alınıb.
Ankara Baş Prokurorluğunun Terror Cinayətləri Araşdırma Bürosu tərəfindən aparılan istintaq daxilində Ankarada dövlət qulluğuna qəbul imtahanlarına hazırlıq mərkəzlərində təhsil aldıqları müddətdə müxtəlif səviyyələrdə terror təşkilatda iştirak etmiş, təşkilatın Ankara vilayətində hücrə təşkilatı şəklində yaratdığı hazırlıq kursları aparılan evlərində qalmış, yaxınları ilə GSM üzərindən əlaqə saxlayıblar. Saxlanılan 5 şübhəli şəxs arasında dövlət qulluğunda çalışan da var.
Saxlanılanlardan 4-ü bölgə imamı, bir neçəsi tələbədir. Ankara şəhər Təhlükəsizlik İdarəsi Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən şübhəlilərin tutularaq Respublika Baş Prokurorluğuna təhvil verilməsi ilə bağlı əməliyyatlar davam edir.
Banu,
SİTAT.İNFO