Ermənistan ordusunda olay! Bir əsgərin ölümünə görə 2 hərbçi həbs edildi

15:33 16 May 2022

Çağırışçı sıravi  əsgər Argişti Yeqanın ölüm faktı ilə bağlı başlanmış cinayət işi çərçivəsində iki hərbçi həbs edilib.

SİTAT.İNFO xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Onlara Cİnayət Məcəlləsinin  360.1-ci (Əsgəri hədə-qorxu ilə, qəddar rəftarla və ya vaxtaşırı şərəf və ləyaqətini alçalmaqla özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb və  həbs qətimkan tədbiri seçilib. 

Xatırladaq ki, mayın 11-də Ermənistanın şərq istiqamətində yerləşən N saylı hərbi hissənin döyüş mövqelərindən birində sıravi Argişti Armenoviç Yeqyanın (2002-ci il təvəllüdlü) döş qəfəsindən güllə yarası almış meyiti aşkar edilib.

Daha sonra İstintaq Komitəsi məlumat yayıb ki, hərbçi ona ayrılmış xidməti avtomatdan sinəsinə atəş açaraq intihar edib.

Bu səbəbdən 2 həbçi onu intihar həddinə çatdırmaqda şübhəli bilinərək saxlanılıb.

Banu,

SİTAT.İNFO


 



Xəbər xətti