Pakistanda güclü partlayış: 13 nəfər yaralandı

10:04 17 May 2022

Pakistanın Karaçi şəhərində partlayış baş verib.

Sitat.info xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Motosikletə quraşdırılmış bombanın partlaması nəticəsində 13 nəfər yaralanıb.

Xəsarət alanlar arasında hüquq-mühafizə əməkdaşlarının olduğu bildirilir.

İlkin məlumatlara görə, hücum edənlərin hədəfi polis patrulu olub.

/Axar.az



Xəbər xətti