"ABŞ prezidenti D. Tramp Ukrayna məsələsi ilə bağlı Rusiya ilə danışıqlarda irəliləyiş olduğunu qeyd etdikdən sonra, Putin Sumıya mülki insanlara qarşı ballistik raketlərlə hücum edərək, kütləvi insan tələfatına sənə olub. D. Tramp bu hücuma necə cavab verəcəyi maraqlıdır".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, artıq Böyük Britaniya Baş naziri Rusiyanı dərhal atəşkəsə çağırdı: "Ümumiyyətlə, Ukrayna məsələsində Rusiya birtərəfli şəkildə qəti güzəştə getməyəcək. Ukrayna Rusiyanın fövqəl dövlət olması və Qərb blokunun parçalanması üçün bir fürsətdir. Bu fürsəti D. Tramp V. Putinə verəcəksə, Vaşinqton dünya lideri olmayacaq".
Politoloq qeyd edib ki, Avropa ölkələri Rusiyanın Sumı ballistik raketlərlə hücumuna boş bəyanatlarla cavab verərsə, növbəti kütləvi ballistik raket hücumları Kiyevə tuşlanacaq: "Xüsusilə, Kiyevin mərkəzində siyasi və hərbi qərarlar verən mərkəzləri yeni hücuma məruz qalacaq. Putin bu ballistik hücumla atəşkəsə getməyəcəyi mesajını vermiş oldu".
Aytac,
Sitat.info