Rusiyada kimya fabrikində dəhşətli yanğın: Böyük bir ərazi külə döndü! 

17:01 17 May 2022

Rusiyada qablaşdırma və  plastik materiallar istehsal edən kimya fabrikində baş verən yanğında 2 min kvadratmetr sahə külə dönüb.

SİTAT.İNFO xəbər verir ki, Rusiyanın Novosibirsk vilayətinin Berdsk şəhərində kimya zavodunda yanğın baş verib.

Səhər saatlarında 2 mərtəbəli fabrik binasının birinci mərtəbəsində başlayan yanğının söndürülməsi üçün hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin çox sayda yanğınsöndürəni göndərilib. Böyük miqdarda kimyəvi maddələrin saxlandığı fabrikdən yüksələn alov və qara tüstü şəhərdə böyük çaxnaşmaya səbəb olub. Xilasetmə qrupları fabrikdə olan 6 işçini təxliyə edib.
 Kimyəvi maddələrin təsirindən sürətlə böyüyən alov fabrikin digər mərtəbələrinə də keçib. Rusiya Fövqəladə Hallar Nazirliyi yanğın nəticəsində 2 min kvadratmetrdən çox ərazinin tamamilə külə çevrildiyini açıqlayıb. Zavodda söndürmə işləri davam edərkən, bölgə prokurorluğu yanğının baş vermə səbəbləri ilə bağlı araşdırmalara başlayıb.

Ləman Sərvanqızı

SİTAT.İNFO



Xəbər xətti