Postneft erası başladı: Elektromobillərin sürətlə artması qlobal enerji xəritəsini dəyişəcək

16:32 14 May 2025

"Beynəlxalq Energetika Agentliyi dünyada elektrikli avtomobil bazarının hazırkı və perspektiv vəziyyətinə dair hesabata açıqlayıb. Hesabata görə, hazırda Çində satılan bütün elektromobillərin 70%-ə qədərinin qiyməti, hətta dövlətin subsidiya və alışı üçün dəstək paketi olmadan ənənəvi avtomobillərdən daha ucuzdur. Almaniyada əksinə, ənənəvi avtomobillər 20%. ABŞ-da da isə ənənəvi avtomobillər 30% daha ucuzdur. Lakin Agentlik hesab edir ki, yaxın dövrdə batereyaların ucuzlaşaması bu fərqi elektromobillərin xeyrinə dəyişə biləcək".

Sitat.info xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev deyib. 

O bildirib ki, hesabata görə, hazırda dünyada satılan avtomobillərin 25 faizi elektrikli analoqlarının payına düşür: "2030-cu ildə biu göstərici ən azı 40 faiz olacaq. Daha bir məlumat budur ki, neftin qiyməti hətta 40 dollara ensə, elektromobillərin cari istismarı ənənəvi avtomobillərlə müqayisədə 2 dəfə ucuz olacaq. Elektromobilləşmənin hazırkı inanılmaz sürətinin qlobal enerji xəritəsini də qısa zamanda sürətlə dəyişəcəyinin şahidi olacağıq. Postneft erası artıq başlayıb".

Nigar,

Sitat.info 



Xəbər xətti