Rusiya kəşfiyyatı Gürcüstanı qarışdırır: Azərbaycanlılara qarşı təxribatlar artır...

10:59 25 Sentyabr 2025

"Rusiya hakimiyyəti miqrantların uşaqlarını rus dili bilmədiyi üçün məktəblərə qəbul etməmək qərarı verib. Rusiyada şovinizm Kremldən idarə olunur. Digər millətlərə qarşı ayrı -seçkilik siyasəti hər keçən gün inkişaf edir".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, Rusiyanın tətbiq eyni qaydanı Kremlin vassalı Gürcüstan hökuməti də edir: "Gürcüstanda azərbaycanlılara qarşı  hücumlar həyata keçirilir. Bu gün Gürcüstanda bir gürcü yaşayan azərbaycanlıya tapança ilə hücum edərək "niyə gürcü dilini bilmirsən?!" - deyə hədələyib. Ötən həftə azərbaycanlıya analoji hadisə olmuşdu. Rusiya kəşfiyyatı Gürcüstanda eyni ssenarini tətbiq edir. Gürcüstan hökuməti isə, proseslərdən məmnun görünür. Gürcüstanda hakim "Gürcü Arzusu" partiyasi Rusiyanin layihəsi olduğunu sübut edib. Gürcüstan 90-cı illərin ölkəsinə çevrilmək yolundadır. Gürcüstanda milli hakimiyyətin formalaşması Azərbaycanın maraqlarına cavab verir".

M.Əsədullazadə qeyd edib ki, rəsmi Bakı Gürcüstan hakimiyyəti ilə danışıqlar aparmalı və bu təxribatların qarşısını alınmasını tələb etməlidir: "Rusiya iki xalq arasında yeni təxribatlara əl atdığını onların nəzərinə çatdırmalıdır. Baş verənlər Gürcüstan hökuməti üçün mənfi proseslərə gətirib çıxara bilər".

Nigar,

Sitat.info 



Xəbər xətti