Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

09:39 4 Oktyabr 2025

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barəd Sitat.info-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, oktyabrın 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 12 avtomat silahı, 7 tapança, 1 tüfəng, 1 patron darağı və 13 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.



Xəbər xətti