Bu gün Ana Vətən Partiyasının növbəti Qurultayı keçirilib.
Məlumata görə, qurultayda Ana Vətən Partiyasının sədri olan Fəzail Ağamalı ilə sədrliyə namizəd olan oğlu Elçin Ağamalı arasında yaşanan qalmaqal əlbəyaxa dava həddinə çatıb. Elçin Ağamalı tərəfdarlarının say çoxluğu ilə Ana Vətən Partiyasına yeni sədr seçildiyini bildirib.
Sitat.info xəbər verir ki, yayılan videoda səsvermədə iştirak edənlərin böyük qisminin Elçin Ağmalını dəstəklədiyi açıq-aşkar görünür. Videoda 95 faiz Elçin Ağamalıya səs verildiyi bildirilir.
Görüntülərdən aydın olur ki, hətta bu səbəbdən Fəzail Ağamalı səsvermədə iştirak edənlərə əsəbiləşib.
***
Deputat Günay Ağamalının köməkçisi sözügedən video ilə bağlı "Sitat.info"ya danışıb. O bildirib ki, yayılan video köhnədir və qurultaya aidiyyatı yoxdur.
Sitat.info həmin videonu təqdim edir:
Tehran,
Sitat.info