Azərbaycandan Türkiyəyə uçan və Gürcüstanda qəzaya uğrayan yük təyyarəsində 20 nəfərin olduğu açıqlanıb. Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib. “Qəzaya uğrayan təyyarənin göyərtəsində 20 nəfər, o cümlədən uçuş heyəti olub. Axtarış-xilasetmə işləri davam edir", - məlumatda qeyd edilib.