Dünyanın ən populyar onlayn mesajlaşma tətbiqi olan "WhatsApp" sabahdan etibarən bir çox köhnə smartfonlara yeniləmə dəstəyi verməyi dayandıracaq.
Sitat.info xarici mətbuata istinadən xəbər verir ki, şirkət bildirib ki, tətbiqə əlavə edilən son funksiyalar aparat çatışmazlığı səbəbindən köhnə telefonlarda istifadədə çətinliklər yaradıb və son yeniləməsi ilə 2016-cı ildə buraxılan smartfonları istisna edəcək.
Bu telefonlar əvvəlcə yeniləmə dəstəyi almayacaq və müəyyən bir müddətdən sonra yeniləmə tətbiq oluna bilmədiyi üçün "WhatsApp"a tamamilə daxil ola bilməyəcəklər.
Dəyişiklikdən yüzlərlə telefon modelinin təsirlənəcəyi gözlənilsə də, yeniləmə dəstəyinin deaktiv ediləcəyi ən populyar cihazlar aşağıdakılardır:
Android
- Huawei Mate 9 Pro
- Samsung Galaxy S7
- Xiaomi Mi Note 2
- HTC 10 evo
- Sony Xperia XZ
- Xiaomi Mi 5 Pro
- Samsung Galaxy C9 Pro
iOS
- iPhone 6
- iPhone 6s