"Son illər əhali artımında azalma var, doğumların sayı kəskin azalıb. Bu da əsasən sosial təminatla bağlıdır. İnsanlar dünyaya gətirdikləri uşaqların təminatını ödəyə bilmədikləri üçün yenidən dünyaya uşaq gətirmirlər.
Məlumata görə, 2025-cü ildə Azərbaycanda 95 min 875 uşaq doğulub, eyni ildə ölkədə təxminən 95 min 117 abort qeydə alınıb. Demək olar ki, say eynidir. Bu da təbii ki, gələcəkdə əhalinin azalmasına, dövlətin ciddi təhdidlər qarşısında qalmasına gətirib çıxa bilər. Ona görə də uşaqpulu verilməsi vacibdir"
Bu sözləri "Sitat.info"ya açıqlamasında AĞ Partiya sədri Tural Abbaslı deyib.
Partiya sədri bildirib ki, uşaqpulu məsələsi əhalinin 80-90 faizinin tələbidir: "Bu, müxtəlif sosial yardım proqramları şəklində yox, birbaşa uşaqpulu adı ilə hər bir uşağa verilməlidir. Dövlət 18 yaşına qədər ailəyə yardım verməlidir ki, uşaqların ehtiyaclarının minimal səviyyədə ödənilməsi təmin olunsun. Dünyanın bir çox ölkələrində bu təcrübə var. Əvvəllər bizdə də olub, uğurlu da prakatika idi.
Bizim partiya olaraq, uşaqpulu ilə, çoxuşaqlı ailələrlə bağlı, ümunmiyyətlə dövlətin uşaq siyasəti və demoqrafiya məsələsi ilə bağlı müxtəlif təkliflərimiz var. Amma uşaqpulu birmənalı olaraq, əhalinin 80-90 faizinin tələbidir".
Nigar,
Sitat.info