"Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşı "Maga Rza" adlı şəxs vatsap sosial şəkəsində qrup yaradaraq məni maska taxaraq kamera olmayan yerdə döyəcəyini anons edib".
Sitat.info xəbər verir ki, bu sözləri jurnalist Anar Məmmədov feyzbuk hesabında yazıb.
O bildirib ki, "Maga Rza" adlı şəxsin qanunsuz zəbt etdiyi ərazini işıqlandırdığı üçün təhdid edilib:
"Səbəb dövlət əhəmiyyətli ərazinin onlar tərəfindən zəbt edilərək avtomobil dayanacağı kimi istifadəsini sosial şəbəkədə işıqlandıraraq qanunsuzluğun qarşısını almağımdır".
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Nigar,
Sitat.info