Elvin Cəfərquliyevə Türkiyədən təklif var

14:44 30 İyun 2026

Elvin Cəfərquliyevin "Qarabağ"dan ayrılmaq ehtimalı hələ də yüksəkdir.

Sitat.info  Azerisport.com-a istinadən xəbər verir ki, "Sumqayıt"ın sabiq baş məşqçisi Saşa İliçin rəhbərlik etdiyi Serbiyanın "Partizan" klubunun marağından əlavə, 25 yaşlı futbolçu Türkiyə Super Liqasında çıxış edən "Göztəpə"dən də təklif alıb.

Lakin hazırda "Qarabağ"ın heyətində Avstriya təlim-məşq toplanışında olan futbolçu, yekun qərarını cari komandadakı rolunun necə olacağını öyrəndikdən sonra verəcək.

Qeyd edək ki, aprel ayında E. Cəfərquliyev intizamsızlıq səbəbindən baş məşqçi Qurban Qurbanov tərəfindən mövsümün sonuna qədər əsas komandadan uzaqlaşdırılmışdı. Lakin sonradan məşqçi tərəfindən bağışlanan futbolçu, hazırda komanda ilə birlikdə Avstriyada yeni mövsümə hazırlaşır.

Onun "Qarabağ"la müqaviləsi növbəti mövsümün sonuna qədər qüvvədədir.



Xəbər xətti