ABŞ-ın İranla nizamlanma memorandumu üzrə danışıqlarda zəif mövqedə olmasının əsas səbəbi amerikalı nümayəndə heyətinin kifayət qədər təcrübəli olmaması idi.
Sitat.info xəbər verir ki, bu barədə Financial Times yazır.
Qəzetin məlumatına görə, Donald Tramp regional ekspertlər əvəzinə danışıqları özünə yaxın şəxslərə həvalə edib. ABŞ-ın İordaniyadakı keçmiş səfiri Yael Lempert bildirib ki, İran peşəkar ekspertlərdən ibarət komanda ilə iştirak etdiyi halda, ABŞ bunu etməyərək özünü əlverişsiz vəziyyətə salıb.
Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Uilyam Börns isə vurğulayıb ki, İran kimi təcrübəli danışıqlar aparan tərəflə rəqabət aparmaq üçün siyasi deyil, peşəkar və apolitik mütəxəssislər lazımdır.
Xatırladaq ki, ABŞ və İran iyunda qarşılıqlı anlaşma memorandumu imzalayıb. Daha sonra Qətər və Pakistanın vasitəçiliyi ilə keçirilən görüşlərdə sənədin icrası müzakirə olunub və tərəflər texniki məsləhətləşmələrin davam etdirilməsi üçün ilkin razılıq əldə ediblər.
Aytac,
Sitat.info