Məktəblərdə süni intellekt tətbiq olunacaq: İki milyon manat ayrılır

12:20 14 İyul 2026

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib.

Sitat.info oxu.az-a istinadən məlumat verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin elan etdiyi satınalmanın ehtimal olunan qiyməti 2 milyon 499 min 299 manatdır.

Tender sənədlərinə əsasən, bu çərçivədə üç əsas istiqamət üzrə xidmətlərin göstərilməsi nəzərdə tutulur: təhsil müəssisələri üçün süni intellekt əsaslı davamiyyət və giriş-çıxışa nəzarət platformasının hazırlanması; şagirdlər üçün adaptiv və fərdiləşdirilmiş öyrənmə; müəllimlər üçün isə avtomatlaşdırılmış qiymətləndirmə platformasının yaradılması planlaşdırılır.

Bundan başqa, generativ süni intellekt əsaslı tədris köməkçisi platformasının genişləndirilməsi və təkmilləşdirilməsi də satınalma predmetinə daxildir.



Xəbər xətti