ABŞ-İran qarşıdurması genişmiqyaslı müharibəyə çevrilə bilər? - Partiya sədrindən PROQNOZ

12:06 16 İyul 2026

Xəbər verdiyimiz kimi, ABŞ-ın son günlər İranın cənub bölgələrinə endirdiyi hava zərbələri nəticəsində 30-dan çox mülki şəxs həyatını itirib. Bölgədə gərginliyin artması Vaşinqton və Tehran arasında genişmiqyaslı müharibə ehtimalını yenidən gündəmə gətirib.

Məsələ ilə bağlı Sitat.info-ya danışan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bu ehtimalı istisna edir:

"Ümumiyyətlə, İranla ABŞ arasında genişmiqyaslı müharibə olmayacaq. Bunun iki səbəbi var. Birincisi, Amerika artıq böyük ölçüdə öz məqsədinə çatıb. İkincisi isə ABŞ Konqresinin qəbul etdiyi qərara görə, genişmiqyaslı hərbi əməliyyatlar üçün Konqresin razılığı tələb olunur. Buna görə də zaman-zaman nöqtə atışları və məhdud hərbi əməliyyatlar baş versə də, iriçaplı toqquşma və ya müharibə xarakterli hərbi əməliyyatların aparılacağı inanmıram".

Aytac,

Sitat.info



Xəbər xətti