ABŞ komandanlıq mərkəzini vurduq - SEPAH

09:19 17 İyul 2026

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Suriyanın əl-Tanf hərbi bazasında yerləşən ABŞ xüsusi əməliyyatlar komandanlıq mərkəzini hədəfə aldığını açıqlayıb.

Sitat.info xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, İİKK hücumun İranın İranşəhr şəhərində iranlı hərbçilərin öldürülməsinə cavab və qisas əməliyyatı olduğunu bəyan edib.

Bununla yanaşı, İİKK Hörmüz boğazına tam nəzarət etdiyini iddia edərək bildirib ki, ABŞ-ın İrana qarşı yenilənmiş hücumları davam etdiyi müddətdə bu strateji su yolu vasitəsilə heç bir neft və ya təbii qaz ixracına icazə verilməyəcək.

Aytac



Xəbər xətti