ABŞ-la İsrail arasında Türkiyəyə görə soyuq küləklər əsir - F-35 məsələsi...

13:44 17 İyul 2026

 ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunun Türkiyənin F-35 proqramına qayıtması ilə bağlı tənqidi fikirlərinə görə narazı qaldığı iddia edilib.

Sitat.info xəbər verir ki, “Axios”un məlumatına görə, ABŞ və İsraildən olan bəzi rəsmilər bildiriblər ki, Tramp NATO Liderlər Zirvəsindən sonra Netanyahunun “Fox News”a verdiyi müsahibəyə görə "çox qəzəblənib".

Məlumata əsasən, Tramp hesab edir ki, Netanyahunun Türkiyənin F-35 proqramı ilə bağlı fikir bildirmək səlahiyyəti yoxdur.

Xəbərdə həmçinin qeyd olunur ki, Netanyahu son vaxtlar Trampla görüşmək üçün bir neçə cəhd etsə də, bu təşəbbüslərin heç biri nəticə verməyib.

Bundan başqa, Netanyahunun ABŞ-a planlaşdırdığı səfərin də təxirə salındığı bildirilib. Rəsmi səbəb kimi amerikalı senator Lindsi Qrehemin dəfn mərasiminin ayın sonuna keçirilməsi göstərilib.

Nigar,

Sitat.info



Xəbər xətti