Rusiya və Azərbaycan AZAL sərnişin təyyarəsinin qəzası ilə bağlı bütün məsələləri həll ediblər.
Sitat.info xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
"Bu il ən yüksək səviyyədə əldə edilən razılaşmalar və hökumətlərimizin və nazirliklərimizin işi sayəsində 25 dekabr 2024-cü ildə AZAL sərnişin təyyarəsinin qəzasının nəticələri ilə bağlı bütün məsələlər həll edilib", - deyə Lavrov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar zamanı bildirib.
Xatırladaq ki, Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yolları (AZAL) tərəfindən idarə olunan Embraer 190 təyyarəsi 25 dekabr 2024-cü ildə Qazaxıstanın qərbindəki Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Aviaşirkətin məlumatına görə, təyyarədə 62 sərnişin və beş heyət üzvü olub. Qazaxıstan Fövqəladə Hallar Nazirliyi 29 nəfərin sağ qaldığını bildirib.
Aytac,
Sitat.info