Lavrovla görüşdən sonra Rubiodan AÇIQLAMA: "Vasitəçilik etməyə hazırıq"

15:49 23 İyul 2026

 ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Ukraynadakı müharibənin sona çatdırılması üçün konstruktiv rol oynamağa hazırdır.

Sitat.info xəbər verir ki, Rubio bu barədə Filippinin paytaxtı Manilada ASEAN toplantısı çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüşdən sonra danışıb.

Rubio qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp müharibənin dayandırılması üçün imkan yaranacağı təqdirdə Vaşinqtonun vasitəçilik etməyə hazır olduğunu dəfələrlə bəyan edib.

"Yaxşı və açıq söhbətimiz oldu. ABŞ mənasız müharibənin başa çatdırılması üçün konstruktiv rol oynamağa hazırdır", – deyə Rubio bildirib.

Rusiya Xarici İşlər Nazirliyi isə görüşdən sonra yaydığı açıqlamada Sergey Lavrovun Moskvanın münaqişənin siyasi və diplomatik yolla həllinə sadiq qaldığını vurğuladığını bildirib. Məlumata görə, Lavrov Rusiyanın 2025-ci ilin avqustunda Alyaskada Donald Tramp və Vladimir Putin arasında irəli sürülən təkliflərə sadiq olduğunu da qeyd edib.

Nigar,

Sitat.info 

Rubio əlavə edib ki, müharibə çoxlu sayda insanın həyatına son qoyub və əsas məqsəd hər iki tərəfin qəbul edə biləcəyi sülh razılaşmasına nail olmaqdır.



Xəbər xətti