Təxminən 200 İsrail sakini İsrail əsgərlərinin himayəsi altında Qüdsün Əl-Əqsa məscidinə basqın edib.
Sitat.info xəbər verir ki, "Vəfa" xəbər agentliyinin verdiyi məlumata görə, məscidin ərazisində namaz qılındığı zaman təxribata əl atılıb.
Qeyd edək ki, 1967-ci ildən qüvvədə olan status-kvo qaydalarına əsasən, qeyri-müsəlmanların Əl-Əqsa məscidi kompleksini ziyarət etməsinə icazə verilir, lakin burada ibadət etmələri qadağandır.
Əl-Əqsa məscidi kompleksi Şərqi Qüdsdə yerləşir. İsrail bu əraziyə 1967-ci il altıgünlük müharibəsindən sonra nəzarəti ələ keçirib.
Aytac,
Sitat.info