Putinin sarayını qoruyan HHM-lər vuruldu: 1,5 milyard dollar dəyəri var...

14:15 12 Avqust 2026

Ukrayna ordusunun Rusiyanın Qara dəniz sahilində yerləşən və Vladimir Putinə aid olduğu iddia edilən 1,5 milyard dollarlıq sarayın yaxınlığındakı hava müdafiə sistemlərinə zərbələr endirdiyi bildirilir.

Sitat.info-nun məlumata görə, Ukrayna qüvvələri avqustun 7-də sarayın yaxınlığında “Volna Kupol Garant” elektron müharibə sistemini məhv edib.

İki gün sonra isə bölgədə yerləşən S-400 hava hücumundan müdafiə sisteminin vurulduğu iddia edilir.

Hərbi analitiklər peyk görüntülərinə əsasən, S 400-ə məxsus buraxılış qurğularının məhv edildiyini bildiriblər.

190 min kvadratmetrlik kompleks ilk dəfə mərhum rusiyalı müxalifətçi Aleksey Navalnı tərəfindən gündəmə gətirilmişdi. Putin isə dəfələrlə sarayın ona məxsus olduğunu təkzib edib.

Aytac,

Sitat.info 

 

 



Xəbər xətti