Almaniyanın avtomobil sənayesində iş yerlərinin sayı 2026-cı ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 42 300 nəfər azalıb. Hazırda sektorda təxminən 691 500 nəfər çalışır ki, bu da 2005-ci ildən bəri ən aşağı göstəricidir.
Sitat.info xəbər verir ki, ən böyük azalma avtomobil hissələri istehsalında qeydə alınıb.
Bu sahədə çalışanların sayı 7,6 faiz azalaraq 219 500 nəfərə düşüb.
Avtomobil eksperti Ferdinand Dudenhöffer ixtisarların hələ başa çatmadığını və qarşıdakı illərdə vəziyyətin daha da ağırlaşacağını bildirib. Onun proqnozuna görə, 2030-cu ilədək Almaniyanın avtomobil sənayesində çalışanların sayı 500 min nəfərə qədər azala bilər.
Ekspert böhranın əsas səbəbləri kimi Almaniyadakı yüksək istehsal xərclərini, Çindən gələn rəqabəti və istehsalın avtomatlaşdırılmasını göstərib.
Səid,
Sitat.info