Ukraynada prezident seçkisinin keçirilməsi üçün bir sıra ciddi maneələrin aradan qaldırılması tələb olunur. Ölkədə 2022-ci ildən hərbi vəziyyət qüvvədədir və bu rejim seçkilərin keçirilməsini qadağan edir.
Sitat.info-nun xarici mediaya istinadən verdiyi məlumata görə, Prezident Volodimir Zelenski bildirib ki, ABŞ və Avropa müttəfiqləri seçkinin təhlükəsizliyinə zəmanət verərsə, səsverməyə hazırdır. Ekspertlər isə əvvəlcə ən azı atəşkəsin əldə olunmasını, daha sonra isə seçki qaydalarını müəyyən edən yeni qanunvericiliyin hazırlanmasını vacib sayırlar. Bunun təxminən 6 ay çəkə biləcəyi bildirilir.
Seçkilərin keçirilməsini çətinləşdirən əsas problemlərdən biri də seçicilərin vəziyyətidir. 4,4 milyondan çox ukraynalı Avropa İttifaqında müvəqqəti müdafiə statusundadır, ölkə daxilində isə təxminən 4 milyon insan məcburi köçkündür. Bundan başqa, təxminən 1 milyon ukraynalı hərbi xidmətdədir.
Rusiya Ukrayna ərazisinin təxminən 19 faizinə nəzarət edir və işğal olunmuş ərazilərdə seçki keçirməyi planlaşdırır. Kiyev isə bunu qanunsuz hesab edir.
Sorğulara görə, seçki keçirilsə, Zelenskinin yenidən seçilmək şansı yüksəkdir. Onun əsas rəqibləri arasında Valeri Zalujnı və Kirilo Budanov göstərilir. Keçmiş müdafiə naziri Mixail Fedorovun da reytinqi son dövrlərdə yüksəlib.
Aytac,
Sitat.info