ABŞ Irana qarşı taktika dəyişdirdi: İqtisadi təzyiq və blokada siyasəti...

13:45 20 Avqust 2026

"ABŞ prezidenti Donald Tramp Irana qarşı iqtisadi təzyiq və blokada həyata keçirəcəklərini elan edib. Artıq ABŞ İrana qarşı hərbi əməliyyatları dayandırıb. Çünki hərbi əməliyyatlar körfəz ölkələrini və beynəlxalq dəniz daşımalarını risk altına qoyur. Bundan əlavə D. Tramp payızda Konqresə keçiriləcək aralıq seçkilərinə kimi müharibəni təxirə salıb".

Sitat.info xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, ABŞ və İran arasında danışıqlar baş tutmadı və  İran ABŞ təkliflərini qəbul etməyərək eskalasiyada maraqlı olduğunu ortaya qoydu: " İranda hakimiyyəti tam ələ alan SEPAH və prezident M. Pezeşkian razılaşma təklifini qəbul etmədi. Prezident və onun rəhbərlik etdiyi hökumət ABŞ-la danışıqlarda əldə etdiyi nəticəni kənara qoydu. Ümumiyyətlə, ABŞ 28 fevralda İsrailin təhriki ilə birbaşa hərbi əməliyyatlara başlamamalı idi. İndi tətbiq edilən iqtisadi təzyiq və dəniz blokadası daha effektiv variantdır. 

ABŞ Irana tətbiq etdiyi dəniz blokadası və neft satışına məhdudiyyətlər İranda iqtisadi və sosial vəziyyəti ağırlaşdıracaq. SEPAH üçün ən mənfi ssenari məhz iqtisadi və sosial vəziyyətin ağırlığıdır. Əgər, ABŞ İrana neft satışına imkan verməsə, Tehran üçün ciddi iqtisadi ağırlaşma gözlənilir. Artıq SEPAH rəhbərliyi regionda əsas güc olduqlarını elan edib. D. Trampın partiyası Konqresə seçkilərdə qələbə əldə edəcəksə, İrana qarşı yenidən hərbi əməliyyatları başlaya bilər".

Seymur,

Sitat.info



Xəbər xətti