Öz dadlı və şirin qarpızı ilə məşhur olan Sabirabad rayonunda qarpız əkini ilə məşğul olan fermerlər sahələrdə topdan və pərakəndə satışa başlayıblar. Fermerlər qeyd edirlər ki, bu il qiymətlər ötənilkindən fərqlidir. Məhsulun Rusiya bazarına daşınması qiymələrə də, öz təsirini gostərib..
Bənzər mənzərə Saatlı rayonunda da müşahidə olunur. Məhsul ölkə xaricinə ixrac olunduğu üçün qiymətlər fermerləri qane edir.
Sahələrdə qarpızın kilosu 35-40 qəpik arasında satılsa da, bazarda qiymət fərqlidir. Çəkiliş apardığımız Saatlı bazarında qarpızın kiloqramı məhsulun keyfiyyətinə görə 30-50 qəpik arasında, yemişin kiloqramı isə 70 qəpiklə 1 manat arsında müştərilərə təqdim edilir.
Fermerlər qarpız qiymətinin növbəti aylarda biraz düşmə ehtimalının olduğunu bildirirlər.