"Suriyadan, Livandan və digər ölkələrdən Qarabağa köçürülən ermənilərin aşkarlanıb torpaqlarımızdan çıxarılması üçün Azərbaycan üçün hüquqi prosedur başlamalıdır".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi, Ağ Partiya başqanının müşaviri Azər Hüseynov deyib.
Onun sözlərinə görə, işğal edilmiş ərazilərdə məqsədli şəkildə məskunlaşan hər bir kəs haqqında cinayət işi açılmalıdır: "Çünki bu humanitar cinayətdir. Və bu insanlar bir dövlətin beynəlxalq səviyyədə tanınmış ərazilərində bizim icazəmiz olmadan məskunlaşıblar. Prokurorluq işə keçməlidir. Bu hüquqi kompaniyaya tanınmış hüquqşünasları da cəlb etməlidir. Bununla yanaşı, Ermənistan, etnik palitranı dəyişmə cəhdinə görə insan haqları məhkəməsinə verməlidir. Daha sonra kim Qarabağdan çıxmaq istəməsə, hər birini gəldiyi yerə, yəni ölkəsinin hüquq mühafizə orqanlarına təhvil vermək lazımdır".
A.Hüseynov bildirdi ki, terrorçular bütün dünyada mühakimə olunur: "Necə ola bilər ki, İsrail Fələstinlilərin öz torpaqlarında tikdikləri evləri "mənə oradan təhlükə var" məntiqi ilə dağıda bilir. Necə olur ki, dünyanın müxtəlif yerlərində, İraq və Suriyada bu ölkələrin qanunları nəzərdə tutulmayan birləşmələrdə iştiraka görə, heç bir hüquqi dəstək belə almadan müxtəlif insanlar mühakimə edilə bilir. Amma Azərbaycanda həyasızcasına məskunlaşanlara biz hüquqi prosedur başlaya bilmirik. Müvafiq qurumlar düşünür ki, hər işi dövlət başçısı etməlidir. Bəs onda bu qurumlar nəyə lazımdır?".
Nərgiz,
SİTAT.İNFO