"MİDA güzəştli mənzillərin satışı haqqında növbəti elan verib. İlk dəfə olaraq rekord sayda, 815 mənzilin onlayn formada satışa çıxarılacağı bildirilib.
Burada maraqlı məqam odur ki, adı çəkilən elanda mənzillərin satışının əvvəlki qaydada, yəni onlayn formada olacağı bildirilib.
Yəni, satış “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemində şəxsi kabinet formalaşdırmaqla elektron qaydada həyata keçiriləcək.
Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.
MİDA bu gün dərc olunan elanında indiyədək mövcud olan Qaydalarda hansısa dəyişiklik haqqında məlumat verməyib.
Amma , DTX və MİDA-nın sonuncu mənzil satışı ilə bağlı məlumatından, sistemə qanunsuz müdaxilə səbəbindən bu satışın nəticələrinin ləğvindən sonra gözlənilirdi ki, “Güzəştli mənzil ” infromasiya sistemi və güzəştli mənzillərin seçim Qaydaları təkmilləşdiriləcək".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O, bildirib ki, bununla bağlı özü də xeyli təkliflər vermişdi: "Yeri gəlmişkən, ölkənin kibertəhlükəsizlik və informasiya təhlükəsziliyi ekosistemindəki yeni normalara görə MİDA sistemi də kritik informasiya infrastrukturuna daxil olan qurumlardan olacaq.
Belə olan halda bu informasiya sisteminin də yenidən İT auditi gündəmə gəlməlidir.
Ümumiyyətlə, düşünürəm ki, yeni satışdan öncə sistemin təhlükəsizliyinin və botlara, kənar müdaxilələrə qarşı daynıqlığının auditdən keçirilməsi, DEMO versiya ilə satış modulunun kodlarının tam dəyişdirilməsi, onlayn satış prosesini əks etdirən bütün datanın açıqlanması, ən tez və ən gec seçilən mənzillər haqqında ayrıca məlumatların verilməsi, satış prosesində şəffaflığın təmin edilməsi, satış prosesinin sosial mediada və TV-də canlı yayımlanması və s. doğru olardı.
Hökumətin və MİDA-nın güzəştli mənzillərin alternativ, oflayn satış üsullarını təqdim etməsi də doğru olardı".
Lamiyə,
SİTAT.İNFO