"Dövlətin rəsmi İnformasiya Agentliyinin yaydığı bu şəkildən görünür ki, 10 noyabr 2020-ci il tarixində imzalanan 3 tərəfli Bəyanatın 7-ci maddəsinin tətbiqi məqsədi ilə Xankəndi ilə Ermənistan arasında Laçın rayonu ərazisindən keçən nəqliyyat dəhlizinin yeni yolu hazırdır. Lakin şəkildə diqqətimi çəkən bir ayrıntı var. Şəkildən də görünür ki, Laçın rayonunun ərazisindən keçən bu yeni nəqliyyat maşrutunun ərafında yaşayış məntəqəsi mövcuddur".
SİTAT.İNFO xəbər verir ki, bu sözləri media hüququ eksperti Ələsgər Məmmədli deyib: "Onun sözlərinə görə, köhnə dəhlizin 3 il ərzində yenisi ilə əvəz olunmasının altında yatan məqsəd, Laçın ərazisində qanunsuz məskunlaşmaya son qoymaq, Laçının bütün yaşayış məntəqələrini boşaltmaq və Laçın ərazisindən ermənilərə yalnız nəqliyyat dəhlizi verilmək idi. Razılaşmaya məhz bu səbəbdən 7-ci bənd qoyulub. Dəhliz boyunca ermənilərə qanunsuz məskunlaşmaya davam etmək və yaşamaq hüququ verilməyib.
7-ci bəndin məzmununa baxdıqda bunu aydın görmək mümkündür: “Üç il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitə təmin edən yeni bir nəqliyyat marşrutunun inşası üçün bir plan müəyyən ediləcək və bu marşrutu qorumaq üçün sonra burada Rusiya sülhməramlı kontingenti yenidən yerləşdiriləcək. Azərbaycan hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və malların Laçın dəhlizi boyunca hərəkətinin təhlükəsizliyinə zəmanət verir.”
Hüquqşünas qeyd etdi ki, yeni dəhlizdə Azərbaycan yalnız hərəkətin təhlükəsizliyinə zəmanət verir: "Dəhlizdə qanunsuz məskunlaşanların daimi yaşamını sürdürmə Bəyanatda nəzərdə tutulmayıb.
Laçın rayonunun ərazisində 1992-ci il Laçının işğalına qədər mövcud olmayan heç bir sakin bu yeni dəhlizin keçdiyi hətta köhnə yaşayış yerində yaşamamalıdır. Azərbaycan bununla bağlı konkret mövqe ortaya qoymalı, yeni dəhlizin məqsədinin 7-ci bənddə göstərildiyi çərçivədə qalmasını mütləq qaydada tələb etməlidir. Dəhlizin məqsədi Xankəndində yaşayan ermənilərlə Ermənistanın bağlantısını təmin etməkdir, ermənilərin dəhliz boyunca Laçın ərazisində məskunlaşması və ərazini istismar etməsi deyil.
Ümid edirəm bu aryıntı rəsmilərin diqqətindədir və gərəyini edəcəklər".
Nərgiz,
SİTAT.İNFO