Medvedevdən SƏRT SÖZLƏR: "Avropalılar öz hökumətlərini axmaq addımlarına görə cəzalandıracaqlar"

12:22 18 Avqust 2022

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib ki, sadə avropalılar öz hökumətlərindən fərqli olaraq sağlam düşüncələrini itirməyiblər və Rusiya ilə əlaqələri kəsməyə həvəsli deyillər.

"Adi vətəndaşlarla rəy sorğularının nəticələrinə görə, onlar sağlam düşüncələrini itirməyiblər. Aİ ölkələrinin sakinlərinin yarıdan çoxu Rusiya ilə əlaqələri kəsməyə qətiyyən həvəs göstərmir. Onlar münasibətlərin tamhüquqlu olmasını istəyirlər. Normal şəxsi əlaqələri var, qazanxanalarda Rusiyanın enerji resurslarını işlədirlər, onların malları üçün bazarımız, uğurlu ticarətmimiz var, muzey və kafelərində turistlərimiz var”.

SİTAT.İNFO xəbər verir ki, bu sözləri Medvedev avqustun 18-də Telegram kanalında yazıb.

Onun sözlərinə görə,  avropalılar Rusiyaya qarşı tətbiq olunan, lakin onlara zərər vuran sanksiyalara görə Aİ ölkələrinin hakimiyyət orqanlarına  qarşı çıxmağa başlayacaqlar.

Çünki avropalıların əhəmiyyətli hissəsi öz ölkələrinin hakimiyyətinin Rusiyaya qarşı siyasətini dəstəkləmir.

"Əlbəttə ki, biz sülh yolu ilə əməkdaşlıq, ticarət, mübadilə və hər kəs üçün normal olan başqa şeylər istəyirik. Biz özümüzü heç kimdən təcrid etmirik, hər hansı məntiqli təklifi dəstəkləyirik. Öz növbəsində, Avropa vətəndaşlarının necə davrandığını görmək istərdik. Onlar hökumətlərinin hərəkətlərindən sadəcə sakit narazılıqlarını ifadə etmirlər, onları açıq-aşkar axmaqlıqlarına görə cəzalandıraraq hesaba çəkirlər”.

Medvedevin fikrincə, əgər “Avropa demokratiyasına görə ödənişin qarşılığı” mənzillərin soyuq olması, soyuducularda rəflərin boş qalmasıdırsa,   belə demokratiya dəlilər üçündür: “Ona görə də Avropada dörd nazirlər kabineti qısa müddətdə istefa verib".

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti