"Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan və BMT baş katibi Antonio Quterreş ağır işə girişiblər. Hər ikisi Rusiya-Ukrayna savaşını dayandırmağa çalışırlar və bu məqsədlə Ukraynaya gediblər".
SİTAT.İNFO xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Ərdoğan və Quterreş Rusiya ilə Ukrayna arasında taxıl anlaşmasını təmin etdilər, bu uğurlarını davam etdirmək istəyirlər: "Ancaq işğalçı savaşı dayandırmaq üçün Rusiyanı və Ukraynanı razı salacaq təkliflər hazırlamaq çətindir. Buna baxmayaraq, Ərdoğan-Quterreş ikilisi qətiyyətlidir".
Politoloq vurğuladı ki, müsbət nəticə hər ikisi üçün vacibdir: "Ərdoğan gələnilki prezident seçkisi öncəsində reytinqini yüksəltmək, Quterreş isə rəhbərlik etdiyi təşkilatın nüfuzunu artırmağı planlaşdırır".
Səid,
SİTAT.İNFO