Rusiyada Kremlin təbliğatı dəyişəcək və tədricən vətəndaşları Ukraynada məğlubiyyətə və işğal olunmuş Krımın geri qaytarılmasına hazırlamağa başlayacaq.
SİTAT.İNFO xəbər verir ki, bu barədə hərbi ekspert Oleq Jdanov bu gün məlumat verib.
"Rusiya indi öz cəmiyyətini tədricən məğlubiyyətə hazırlayacaq, çünki Rusiya Federasiyasında təxribatçıların Krımda olması ilə bağlı məlumat var", - Jdanov qeyd edib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynanı və dünyanı qorxutmaqdan başqa heç nəyə gücü çatmadı. Ona görə də növbə öz cəmiyyətini məğlubiyyətə hazırlamaqdadır.
"Rusiya artıq bütün rıçaqlardan istifadə edib. Nəinki bizi, dünya ictimaiyyətini nüvə ilə şantaj edir, amma nəticə vermir. Yaxşı, bizi başqa necə qorxuda bilərlər? Raket zərbəsi ilə - yo. Biz bilirik ki, bununla necə məşğul olacağıq. Elektrik stansiyası Zaporojye AES-lə bağlı da dünyadan sərt reaksiya aldılar, 40-dan çox ölkə, üstəlik Aİ ölkələri bütün məsuliyyəti Rusiyanın üzərinə qoydular. Hamı stansiya ərazisinin demilitarizasiyasını tələb edir”.
Qeyd edək ki, Rusiya işğal olunmuş Krımda özünün hərbi obyektlərinə dəyən son zərbələrdən sonra Rusiya rəhbərliyi yarımadanın təhlükəsizliyinə inamını itirir.
LƏman,
SİTAT.İNFO