"Biz bu gün Qarabağda yaşayan ermənilərin Azərbaycan prezidentinə müraciətlərini normal qəbul etməli və belə müraciətlərin daha çox olması üçün çalışmalıyıq".
Bu fikri SİTAT.İNFO-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, bu təbliğatın qurulmasında sadə insanların da üzərinə məsuliyyət düşür: "Cənab prezident müəyyən fikirlərini bildirdi və istiqamətlər verdi. Burada bizim insanlarımızın da üzərinə ciddi məsuliyyət düşür. Biz daha çox təbliğat aparmalıyıq. Onlar başa düşməlidirlər ki, başqa yolları yoxdur. Bilsinlər ki, Azərbaycan vətəndaşlığını qəbul edərək azərbaycanlılarla bir yerdə yaşaya bilərlər".
Deputat vurğuladı ki, əslində bu gün proses başlıyıb, sadəcə Ermənistan tərəfi ciddi təzyiq edir: "Biz isə çalışmalıyıq ki, ermənilər Azərbaynda yaşamağa üstünlük versinlər və bizim ölkədə yaşamağa başlasınlar. Bu istiqamətdə ciddi şəkildə çalışmalıyıq. Təbliğat aparmalıyıq , açıq-aydın vəziyyəti onların diqqətinə çatdırmalıyıq ki, onlar bərabər hüquqlu vətəndaş kimi Azərbaycanlılarla Qarabağda yaşaya bilərlər".
Səid İsaoğlu,
SİTAT.İNFO