"Ermənistan hökuməti Azərbaycanla sərhəddə 3 nəzarət-buraxılış məntəqəsi açılması barədə layihə hazırlayıb. Bunlar Kəlbəcər rayonu ilə sərhəddə “Zod”, Sədərək rayonu ilə sərhəddə “Arazəyən” və Qubadlı rayonu ilə sərhəddə “Eyvazlı” nəzarət-buraxılış məntəqələri olacaq".
SİTAT.İNFO xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
O vurğulayıb ki, layihəyə birini də əlavə etmək lazımdır: " Laçına alternativ inşa etdiyimiz yolun sonunda da sərhəd məntəqəsi yaratmalarına ehtiyac var. Biz də bu məsələni gecikdirmədən ərazimizdən keçən, büdcəmiz hesabına tikdiyimiz yolun sonunda sərhəd və gömrük postu yerləşdirməliyik, əks halda separatçılar yeni yoldan da silah-sursat keçirmək üçün istifadə edəcək, xarici ölkələrin nümayəndələri qanunsuz olaraq Qarabağa keçəcəklər".
Səid,
Sitat.info