Zelenski ilə Quterreş görüşdü: Zaporojye AES-dəki təhlükə MASADA

17:48 18 Avqust 2022

Ukrayna prezidenti Volodimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreş “taxıl dəhlizi” və Rusiyanın Zaporojye AES-dəki nüvə şantajını müzakirə ediblər.

SİTAT.İNFO-nun məlumatına görə, BMT-nin baş katibi və Ukrayna prezidenti Lvovda görüşüblər.

"Biz taxıl dəhlizi ilə məhsul daşınmasında  koordinasiyanı davam etdirmək barədə razılığa gəldik. Dəhlizin inkişafının mümkün istiqamətlərini, ukraynalıların qanunsuz və məcburi deportasiyası, hərbi qulluqçularımızın və həkimlərimizin əsirlikdən azad edilməsi məsələlərini müzakirə etdik", - Zelenski  bildirib.
Onun sözlərinə görə, görüşdə Rusiyanın Zaporojye AES-də nüvə şantajı mövzusuna xüsusi diqqət yetirilib. 

"Təcavüzkarın qəsdən törətdiyi bu terror qlobal fəlakətə səbəb ola bilər. Ona görə də BMT bu strateji obyektin təhlükəsizliyini, onun demilitarizasiyasını və rus qoşunlarından tam azad edilməsini təmin etməlidir", - Zelenski vurğulayıb.

Qeyd edək ki, Ərdoğan, Zelenski və Quterreşin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi də planlaşdırılır. İclasda Ukrayna-Rusiya müharibəsinə diplomatiya yolu ilə son qoymaq üçün atılacaq addımlar müzakirə olunacaq.

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti