"Belə davam eləsə 100 balla tələbə olacaqlar" - Deputatdan SƏRT TƏNQİD

14:27 24 Avqust 2022

"Təəssüflə qeyd etmək lazımdır ki, əvvəlki dövrlə müqayisədə biz gənclərimizin daha az bal topladığının şahidi oluruq".

Bu fikri deputat Ceyhun Məmmədov SİTAT.İNFO-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, əvvəlki illərdə 400-500-700 bal toplayanlar daha çox idi: "Amma, son illər bu göstərici azalıb. Bu gün artıq bizim gənclərimiz 400 bal yox, 150 bal toplayırlar. Bu, ciddi bir siqnaldır".

Deputat vurğuladı ki, əvvəlki illərdə də ballar davamlı olaraq aşağı salınıb: "Tendensiya ona gedir ki, əgər belə davam edərsə, birazdan 100 balla da bizim şagirdlərimizin universitetə girmək imkanı olacaq. Bu, çox ciddi məsələdir. Orta məktəblərdə tədrisin keyfiyyəti maksimum qaldırılmalıdır".

Səid,

SİTAT.İNFO



Xəbər xətti