QMİ: Laçını tərk edərkən evə donuz qanı sürtmək murdar mahiyyəti ortaya qoydu

10:27 26 Avqust 2022

“30 il işğal altında olan torpaqlarımızdakı məscidlərdə donuzların saxlanılması, Allah evinə donuz buraxılması vandallığın təzahürü idi. Bu, həm də ermənilərin etdiyi cinayətlərdən biri idi. İndi isə Laçını tərk edən ermənilərin evə donuz qanı sürtmələri bir daha onların murdar mahiyyətlərini ortaya qoydu”.

SİTAT.İNFO xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay Məmmədli Laçını tərk edən erməni sakininin donuzu kəsərək qanını evə sürtməsinə münasibət bildirərkən deyib.

Hacı Surxay Məmmədli bildirib ki, tarix boyu haqla batilin savaşı olub, İslam tarixinin fəlsəfəsinə görə haqq qələbə çalıb: “44 günlük Vətən müharibəsində 30 il erməni tapdağında qalan torpaqlarımız azad olundu, haqq ədalət öz yerini tapdı. Şükürlər olsun ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində torpaqlarımızı tam azad etdi. Amma buna baxmayaraq, erməni düşmənlərinin bizim torpaqlarımızda hələ də gözü var. Onlar heç vaxt istədiklərinə nail ola bilməyəcəklər. Bizim müdrik rəhbərimiz siyasət meydanında öz sözünü deyib. Bu gün Azərbaycanda kilsələr, xristianlığa məxsus olan məbədlər müqəddəs yerlər kimi qorunur".

Qeyd edək ki, sosial şəbəkədə Laçını tərk edən erməni sakinin donuzu kəsib qanını evin divarlarına, döşəməyə sürtməsi ilə bağlı videogörüntülər yayılıb və bu, geniş müzakirəyə səbəb olub. (APA)



Xəbər xətti