İran Ermənistana PUA verərsə..." - Əziz Əlibəylinin şərhi

10:16 2 Sentyabr 2022

Son günlər İranın Ermənistanı pilotsuz uçuş aparatı ilə təmin etməsi  bağlı xəbərlər dolaşır. Ermənistan öz "müasir silahları"nı dünyaya göstərmək niyyətindədir. Bu silahlar nə dərəcə effektivdir və ermeni ordusu İran PUA-larına sahib olsa, Qarabağda hansısa üstünlüyə sahib ola bilərmi? 

Məsələ ilə bağlı SİTAT.İNFO-ya danışan siyasi şərhçi  Əziz Əlibəyli İranın istehsal etdiyi PUA-ların ciddi şəkildə problemli olduğunu bildirdi: 
"İranın "Fəcr" və "Şahab" raketlərinin Ukrayna cəbhəsində Rusiya tərəfindən istifadə edilməsinə dair bəzi faktları  Amerika Hərbi Adminstrasiyası açıqlayıb. Onlar dərhal bu məsələnin uğurlu tərəfini də tədqiq etməyə başladılar. Məlum oldu ki, İran tərəfindən verilən PUA-ların ciddi şəkildə problemləri var və onlar müasir standartlara uyğun deyil. Yəni "Bayraktar"lar  kimi effektiv və populyar deyil.
 Bildiyiniz kimi,  Avropa ölkələri daxil, dünyanın 24 ölkəsindən "Bayraktar"larla bağlı çox ciddi tələblər var. Buna görə də,  yaxınlarda Rusiya  Türkiyəyə "TB-2" bayraktarlarının birgə istehsalı ilə bağlı təklif irəli sürmüşdü. "Baykar" şirkəti isə dərhal bunun milli və korporativ maraqlara uyğun gəlmədiyi cavabını verdi".

Əgər İran erməni ordusuna PUA versə, nə ilə üzləşə bilərik?  

Bu suala cavab verən Ə.Əlibəyli vurğuladı ki, birincisi İran PUA-larının o səviyyəyə çatması mümkün deyil: "PUA-larla bağlı hər gün yeni nailiyyətlər əldə olunur, yeni standartlar çıxır. Bir müddət öncə Türkiyə TB-2-lərlə üstünlük əldə etmişdisə, dərhal sonra Akıncı istifadəyə verildi. Artıq gələn ildə "Kızıl elma" qırıcısını görəcəyik. Qardaş Türkiyə bu məsələlərdə bir addım öndədir. Ona görə də, Azərbaycanın bu silahlara əlçatımlılığı İrandan da, Rusiyadan da, Ermənistandan da öndədir". 

Ləman,

SİTAT.İNFO



Xəbər xətti