“Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa məhkumdur”- Tural İsmayılov

15:19 2 Sentyabr 2022

“Ermənistanın münasibətləri normallaşdırmaqdan başqa yolu qalmayıb”.

Bu fikirləri açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov SİTAT.İNFO-ya açıqlamasında bildirib.

Onun  sözlərinə görə, Ermənistan 44 günlük müharibədə o qədər ağır zərbə aldı ki, indi sülhdən başqa yolu yoxdur: "Ermənistan 44 günlük Vətən Müharibəsində böyük bir zərbə aldı. Ermənistanın məğlubiyyəti o qədər çoxvektorlu təsirlər yaratdı ki, nəticədə böyük dağıntılar qaçınılmaz oldu. Ermənistanda iqtisadi göstəricilər bərbad vəziyyətdədir. İqtisadi tənəzzül Ermənistanda həm Aİ, həm də region ölkələri arasında ən dərindir. 2022-ci ildə makroiqtisadi canlanma natamam olacaq. 2020-ci ildəki 7,4 faiz iqtisadi geriləmədən sonra Ermənistanda iqtisadi artım xeyli aşağı düşüb. Ən azı 7 faizə yaxınlaşa biləcəyi ilə bağlı proqnozlar isə daxili auditoriyaya yönələn boş bleflərdən başqa bir şey deyil.  Ermənistanı 2021-ci ildə 70000-dən çox ölkə vətəndaşı tərk edib ki, bu da vəziyyətin nə qədər qəliz olduğunu göstərir. Ona görə də Ermənistan hakimiyyəti nə qədər etiraf etməsə də yaxşı başa düşür ki, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırma qyeganə qurtuluş yoludur. Bunu nə qədər tez dərk etsələr İərvandakılar üçün xilas yolu o qədər yaxındır”.

Ekspert bildirib ki, Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşması Qarabağa da təsir edəcək: “Bu gün Ermənistanda dövlətçilik təsisatları tam formalaşmayıb. Ona görə də xarici güclərin bu ölkəyə təsir imkanları hər zaman genişdir. Peşkəş edilməyi milli məfkurə halına salan Ermənistan tərəfindən təxribat və provokasiyalar daim gözlənilir. O üzdən belə hesab edirəm ki, biz ayıq-sayıq olmalı və Ermənistan-Türkiyə münasibətlərinin bizə məksimum xeyir gətirəcəyini yaxşı anlamalıyıq. Azərbaycan prosesdə böyük dividentlər əldə edə bilər”.

Səid İsaoğlu,

SİTAT.İNFO



Xəbər xətti