“2021-22-ci tədris ili liseyimiz üçün uğurlu oldu. Liseyimizi tam orta təhsil pilləsi üzrə bitirən 103 məzunun hər biri tələbə adını qazanıb”
Sitat.info xəbər verir ki, bunu 287 saylı “Zəkalar” Liseyinin direktoru, Əməkdar müəllim Aygün Əhmədli deyib.
“2 məzunumuz qızıl nişana, 3 məzunumuz Respublika Fənn Olimpiadasının qızıl və gümüş medalına layiq görülüb. 9 məzunumuz DİM-in qəbul imtahanında 650-dən yuxarı, 36 məzun 500-dən yuxarı bal toplayıb. 15 məzunumuz isə Avropa ölkələrinin və Türkiyənin ən qabaqcıl universitetlərinin tələbəsi adını qazanıb”-Lisey rəhbəri daha sonra əlavə edib.
Səid,
SİTAT.İNFO