"Tərtər hadisələri ordunun təmizlənməsi üçün bir fürsətdir" - Sərdar Cəlaloğlu

14:52 6 Sentyabr 2022

"Şuşa bəyannaməsindən sonra Azərbaycan-Türkiyə hərbi müttəfiqliyi imkan verir ki, Azərbaycan hərbi quruculuğunu yeni müstəviyə qaldırsın və ordumuzun Rusiya tərəfindən yerləşdirilən kadrlardan təmizləsin".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu "Tərtər işi" ilə bağlı həbsləri dəyərləndirərkən deyib. 

Onun sözlərinə görə, indiki halda Tərtər hadisələri ordunun bu cür şəxslərdən təmizlənməsi üçün bir fürsətdir: "Prezident İlham Əliyev də bəyan etdi ki, biz Türkiyə modelində ordu quruculuğuna keçirik. Bu istiqamətdə işlər görüldükcə, orduda xalqımızın , dövlətimizin əleyhinə olan qüvvələr də təmizlənəcək".

Partiya sədri onu  da vurğuladı ki,  ordu üzərində şəffaflıq təmin edilməlidir: "Sovet hökuməti dövründə belə ordu üzərində ictimai nəzarət mexanizmləri var idi. İndiki halda da ordu üzərində ictimai nəzarət təmin edilməli və mümkün qədər ordu xalqın nəzarəti altında olmalıdır".

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti