Türkiyə araya girərsə,  Rusiya Ukraynadan  bu güzəştləri istəyəcək - ŞƏRH

10:00 9 Sentyabr 2022

"Rusiya Avropanı artıq parçalayıb. Prezident Ərdoğanın mesajı da önəmlidir:"Yanlış edirsiniz". Ona görə əslində ruslar Avropanı parçalamaqla və Ukraynanın ərazilərinin xeyli hissəsini tutmaqla tam da olmasa plan üzrə gedirlər".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında Ağ Partiya sədrinin müşaviri , siyasi şərhçi Azər Hüseynov deyib.

Onun sözlərinə görə, burada iki variant var: "Ukraynanın lokal qələbələri danışıqlar prosesinə zəmin yaratmaq üçündür. Türkiyə araya girərsə,  Rusiya Ukraynadan  LNR və DNR məsələsində güzəşt tələb edəcək. Güzəşt ondan ibarət olacaq ki, Ukrayna növbəti mərhələdə qondarma qurumlara hücum etməmək barədə öhdəlik götürəcək. Krım gündəmdə olmayacaq. Ruslar tutduqları ərazilərdən ancaq Ukrayna LNR və DNR qondarma qurumlarına təhlükəsizlik zəmanəti verərsə, çəkilə bilər. O da Türkiyənin vasitəçiliyi ilə".

Siyasi şərhçi vurğuladı ki,  müharibə  ruslara da ziyan verir: " Ancaq Ukrayna buna getməsə Avropa qaz böhranında boğularkən ruslar müharibəni dərinləşdirəcək. Buna görə Ukrayna Avropaya yox, Türkiyəyə güvənməlidir". 

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti