Yunanıstanı Türkiyə üzərinə qaldıranlar bu qüvvələrdir - Tural İsmayılov

08:30 9 Sentyabr 2022

"Yunanıstanı Türkiyə üzərinə qaldıranlar güclənən Türkiyə faktorundan narahat olanlar qüvvələrdir".

Bu sözləri siyasi şərhçi Tural İsmayılov SİTAT.İNFO-ya açıqlamasında deyib. 

Onun sözlərinə görə, Türkiyə böyük siyasi haqsızlıqlara məruz qalır: "Bu gün NATO üzvü kimi Türkiyə Qərbin hərbi təhlükəsizliyində böyük həlqələrdən birini təşkil edir. Eyni zamanda Aİ-ni Yaxın Şərqdən gələ biləcək miqrasiya problemlərindən qoruyur. Amma təəssüflər olsun ki, Türkiyəyə qarşı ədalətsizlik çoxvektorlu formada uzun illərdir davam edir. Yunanıstanı Türkiyə üzərinə qaldıranlar güclənən Türkiyə faktorundan narahat olanlar qüvvələrdir".

T.İsmayılov vurğuladı ki, ABŞ Türkiyənin qlobal siyasi güc olmağını həzm edə bilmir: " Tarix boyu da Türkiyə əleyhinə Ermənistan və Yunanıstan faktorlarından istifadə edilibb. Ona görə hesab edirəm ki, Türkiyəyə təzyiq etmək üçün Yunanıstandan istifadə etmək cəhdləri qəbuledilməz və riyakar siyasi xətdir. Türkiyəyə qarşı atılan addımlar Türkiyəni zəiflətmir. Əksinə, Türkiyə bütün bu basqılardan güclü formada çıxır.

2023-cü il Türkiyə üçün mühüm missiyalarla yadda qalacaq. Türkiyənin hərbi sənaye gücü və müdafiə qabiliyyəti dünyanı narahat edir".

Səid İsaoğlu,

SİTAT.İNFO



Xəbər xətti