Hazır şorbaların, konservləşdirilmiş məhsulların, həddindən artıq işlənmiş qidaların ölümcül xəstəliklə səbəb olduğu bir daha sübut edilib. Bu zərərli qidalar vaxtından əvvəl ölüm riskini artırır, xərçəng və ürək xəstəliklərinə səbəb olur. ABŞ və İtaliyada aparılan genişmiqyaslı araşdırmaların nəticələrinə görə, həddindən artıq emal edilmiş qidalar ürək xəstəliklərinə və vaxtından əvvəl ölümə, xüsusən də yoğun bağırsaq xərçənginə səbəb olur.
Dünya mətbuatında geniş yer alan araşdırmada hazır qidaların necə ölümə səbəb olduğu ortaya çıxıb. İnsan sağlamlığı üçün böyük risklər yaradan qidaların bir çoxu gündəlik həyatımızda var!
Yüksək dərəcədə işlənmiş qidalara hazır şorbalar, souslar, dondurulmuş pizzalar, hazır yeməklər və sosislər, kolbasa, kartof fri, qazlı içkilər, hazır peçenye, tortlar, konfetlər, kekslər və dondurma daxildir.
ABŞ-da aparılan ilk araşdırma çərçivəsində 28 yaşa qədər 200 mindən çox kişi və qadının pəhrizləri araşdırılıb. Məlum olub ki, hazır qidaların həddindən artıq istehlakı nəticəsində yaranan yoğun bağırsaq xərçəngi qadınlara nisbətən kişilərdə daha çox rast gəlinir.
Araşdırmada yoğun bağırsaq xərçəngi riskində cinsiyyət fərqinin səbəblərinin məlum olmadığı qeyd edilib. Amma qatıq kimi emal edilmiş süd məhsullarının daha çox istifadə edən qadınlarda yoğun bağırsaq xərçəngi riskinin daha az olduğu deyilib.
"Bəzi hazır qidalar daha sağlamdır, məsələn, şəkəri az olan və ya heç olmayan tam taxıllı qidalar, qatıq və süd məhsulları. Qatıq işlənmiş qida olsa xərçəngi riskini azaltdığı müəyyən edilib.
Tədqiqatda həddindən artıq işlənmiş qidalardan çox istifadə edən uşaqların daha sürətli kökəldiyi müşahidə olunur. Nyu-York Universitetinin professoru Marion Nestle, yüzlərlə araşdırmanın nəticəsi olaraq, yüksək dərəcədə işlənmiş hazır qidaların piylənmə, xərçəng, ürək-damar xəstəlikləri və ümumi ölümə səbəb olduğunu söyləyib.
İkinci araşdırma çərçivəsində İtaliyanın Molise bölgəsində 22 mindən çox adam illərdir təqib edilib. 2005-ci ilin martında başlayan araşdırma xərçəng, ürək və beyin xəstəlikləri üçün risk faktorlarını qiymətləndirmək üçün aparılıb.
Şəkər və doymuş yağlar, eləcə də trans yağları yüksək olan qidalar xroniki xəstəliklərdə və vaxtından əvvəl ölümdə rol oynayır. Hər iki qida növü xüsusilə ürək-damar xəstəliklərindən baş verən vaxtından əvvəl ölüm riskini artırdığı aşkar edilib.