Ailənin tək oğlu Ümid Qubada torpağa tapşırıldı - Fotolar

11:33 14 Sentyabr 2022

Sentyabr 13-də erməni silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Ümid Həsənov son mənzilə yola salınıb.

“Sitat.info” xəbər verir ki, şəhidimiz Quba rayonunun İsnovqışlaq kənd qəbristanlığnda dəfn olunub. Ümid Həsənov rayon rəhbərliyi və ictimaiyyətin iştirakı ilə torpağa tapşırılıb.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Ümid Azərbaycan ordusunda müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yeni işə başlamışdı. Ailənin tək oğlu olan Ümidin atası vəfat edibmiş. Ailədə anası və 2 bacısı ilə yaşayan Ümid Həsənov subay idi.

Allah rəhmət eləsin!

/Qafqazinfo




Xəbər xətti