“Ermənistanın rəsmi ərazisi - Ermənistan SSR ərazisidir. Biz ərazimizdən dəhliz verməyəcəyik. Başqalarının fikri bizim üçün ikinci dərəcəlidir. Üçtərəfli sazişdə dəhlizin açılması ilə bağlı heç bir bənd yoxdur” deyərək faktiki 10 noyabr 2020-ci ildə imzaladığı kapitulyasiya bəyanatından dolayı yolla imtina etdiyini açıq formada ortaya qoymuş oldu. Bu o, Paşinyandır ki, “Qarabağ Ermənistandır və nöqtə” demişdi. Azərbaycan xalqının dəmir yumruq kimi birləşməsi nəticəsində, ordumuzun qəhrəmanlığı sayəsində başları əzildi. İndi də görünən budur ki, erməni xislətlərini bir daha nümayiş etdirmək istəyirlər. Demək ki, bunlar üçün verdikləri sözün, atdıqları imzanın, götürdükləri öhdəliklərin heç bir önəmi yoxdur… Qısa desək erməniliklərindən geri qalmırlar!".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.
A.Şakiroğlunun sözlərinə görə, aydın olan odur ki, ermənilər yenidən revanşist düşüncələrə qapılıblar: "Bəlkə geri qaytardıq” xülyası ilə yaşayırlar. Bunun nəticəsidir ki, 13 sentyabr 2022-ci ildə Azərbaycan dövlət sərhəddini pozmağa və hərbi təxribatlar törətməyə qalxdılar. Heç şübhəsiz ki, cavabları ən sərt formada şanlı ordumuz tərəfindən verildi. Bu gün Paşinyanın məlum sarsaqlaması mənə deməyə tam əsas verir ki, bunlarla daha sülh danışıqlarının aparılmasının heç bir önəmi qalmayıb. Təbii ki, xalqımız sülhdən yana olub hər zaman. Amma qarşındakı sənin ona tanıdığın şansı dəyərləndirə bilirsə…".
Partiya sədri hesab edir ki, artıq böyük bir proses başlayıb : "Ermənistanın hərbi təxribatları və buna paralel Paşinyanın avanturist və pozucu çıxışı bizə tam imkan verir ki, Azərbaycan ordusu yarımçıq qalmış işi tamamlasın! Ermənistan ya öz üzərinə götürdüyü öhdəlikləri, həmçinin Zəngəzur dəhlizi mövzusunda götürdüyü öhdəliyi icra etməlidir, ya da Prezident Əliyev demiş Azərbaycan ordusu girib alacaq!
Bütün bunların fonunda öz adımdan, təmsil etdiyim Gələcək Azərbaycan Partiyası adından bir daha bəyan edirəm, biz xalqımızın, dövlətimizin və Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident Ilham Aliyev cənablarının yanındayıq. Bu gün o bizim siyasi rəqibimiz deyil. Bu gün İlham Əliyev ölkəmizin ərazi bütövlüyü uğrunda mücadilə verən dövlət başçımızdır! Hər bir Azərbaycanlı bunu belə anlamalı, iqtidarda və ya müxalifətdə olmasından asılı olmayaraq dəmir yumruq kimi birləşməli, həmrəy və birlik nümayiş etdirməlidir. Bu gün həmrəylik və milli birlik zamanıdır!"
A.Şakiroğlu bəzi müxalifət liderlərini də qınadı: "Belə həssas zamanda müxalifətdə təmsil olunan bəzi həmkarlarımın, lap dəqiq desək AXCP sədri Əli Kərimlinin, Müsavat başqanı Arif Hacılının, müxalifət funksionerləri Tofiq Yaqublu, Fuad Qəhərmanlı və digərlərinin anti-Azərbaycan mövqeyi sərgiləməsini, düşmənin hücumunu dəf edən zaman şəhid olmuş qardaşlarımızın sayı üzərindən manipulyasiyalar edərək belə həssas zamanda yənə də öz xislətlərinə sadiq qalaraq Paşinyan sayağı mövqe sərgiləmələrini qınayır, vətənə, dövlətə xəyanət kimi qiymətləndirirəm. Anlamaq çətindir, Azərbaycan ordusu üzərinə gələn erməni ilə savaşmamalı idimi? Şəhid olub da vətənini, dövlətini işğaldan xilas etməməli idimi? Belə hikkəli mövqe ilə düşmən dəyirmanına su tökmək nə deməkdir cənablar? Utanmırsınızmə?! Belə kövrək və həssas məqamda hikkənizi özünüzə saxlayın və susun!
Biz bunu 44 günlük Vətən Savaşında həmrəyliyimiz, birliyimizlə zəfər qazanmağı bacaran xalqıq. Bu həmrəyliyimiz sayəsində həsrət qaldığımız torpaqlarımıza qovuşduq. Bu gün də bütöv Azərbaycan naminə birləşmək və həmrəy olmaq zamanıdır… İqtidar hərisliyi gözünüzü tutmasın! Yolumuz Bütöv Azərbaycan yoludur!".
Nigar Abuzər
SİTAT.İNFO