Almaniya iqtisadiyyatı tənəzzülə gedir: Qışdan öncə xəbərdarlıq etdilər

16:16 19 Sentyabr 2022

"Almaniyanın mərkəzi bankı Bundesbank, Almaniya iqtisadiyyatının tənəzzülə doğru getdiyini açıqlayıb. İqtisadiyyat naziri Robert Habeck də qaz çənlərinin qışdan sonra boşalacağını bildirib.
Bundesbank, hesabatında "Almaniya iqtisadiyyatının payız və qış aylarında əhəmiyyətli dərəcədə daralacağını" qeyd edib. Almaniya iqtisadiyyatı üçün tənəzzül imkanlarının getdikcə gücləndiyini bildirib. 

Bank aylıq hesabatında iqtisadiyyatın aydın, geniş əsaslı və daimi tənəzzüllə üzləşdiyi barədə xəbərdarlıq edib, ölkənin real artımının bu rübdə bir qədər, qış aylarında isə ciddi şəkildə azalacağını vurğulayıb.

Bundesbank enerji təchizatındakı neqativlərə işarə edərək vurğulayıb ki, “yüksək inflyasiya və enerji təchizatının maya dəyəri ilə bağlı qeyri-müəyyənlik, qaz və elektrik enerjisi tələb edən sektorlara, ixraca və investisiyalara xərclərin təsiri tənəzzül gözləntilərinin əsas səbəbləridir”.

Digər tərəfdən Almaniyanın iqtisadiyyat naziri Robert Habeck, "Qışdan sonra qaz çənləri boşalacaq" deyə açıqlama verib. "Qaza qənaət edilərsə və hava şəraiti ilə bağlı  şanslı olarıqsa  yaxşı qış keçirmək şansımız var".

Ləman,

SİTAT.İNFO

 



Xəbər xətti