İranla Ermənisran arasında ticarət əlaqələri dərinləşir

12:17 21 Sentyabr 2022

"İkinci Qarabağ müharibəsindən sonra İran ilə Ermənistan arasında iqtisadi və ticari əlaqələrin dərinləşməsi müşahidə olunur. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 502.8 milyon dollar olub. Bu 2020-ci il ilə müqayisədə 25.2 faiz artım deməkdir".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında iqtisadçı alim , deputat Vüqar Bayramov deyib.

Onun  sözlərinə görə, bu ilin ilk yarısında isə cənub qonşumuz ilə Ermənistan arasında ticarət dövriyyəsi 307 milyon dollara çatıb: "Bu ötən ilin uyğun dövrü ilə müqayisədə 73.0 faiz artım deməkdir.

Rəsmi Tehran Ermənistan ilə illik ticarət dövriyyəsini 1.0 milyard dollara çatdırmağı hədəfləyir".

Səid,

SİTAT.İNFO



Xəbər xətti