"Rusiya prezidenti Vladimir Putin deyib ki, ölkəsinin ərazi bütövlüyünə qəsd edənə qarşı nüvə silahından istifadə edəcək və bu blef deyil. Kreml Ukraynanın işğal altında saxladığı Zaporojyedə, Xersonda, Donetskdə və Luqanskda saxta referendum keçirib bu bölgələrin Rusiyaya birləşdirdikdən sonra Kiyevi nüvə silahıyla hədələyəcək"
Bu sözləri politoloq Elxan Şahinoğlu SİTAT.İNFO-ya açıqlamasında səsləndirib.
O bildirib ki, ətrafı Putini dayandırmağa çalışmalıdır: "Özünə hörmət edən heç bir dövlət adı çəkilən ərazilərin Rusiyaya zorla birləşdirilməsini tanımayacaq. Ukrayna əks-hücumlarını davam etdirərsə Putinin reaksiyası necə olacaq? Bu Putinin şəxsi müharibəsi olduğundan nüvə silahının düyməsinə də basa bilər. Yeganə ümid ətrafının onu dayandırmasınadır".
Nərgiz,
SİTAT.İNFO